- Baxış sayı: 18
- 14 Noyabr 2024 17:28
- Baxış sayı: 30
- Noyabr 14, 2024
- 0
Rusiyanın Azərbaycan əslilli futbolçusu Aleksandr Səmədov 35 yaşında karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, o bu barədə özünün rəsmi İnstaqram səhifəsində məlumat yayıb. Həmvətənimiz ona dəstək olan klublara, məşqçilərə, həkimlərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
Rusiya futbolunun yetirməsi olan yarımmüdafiəçi “Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”da oynayıb. 2000-ci illərin əvvəllərində o, Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib.
Səmədov 2011-ci ildə seçimini Rusiya millisinin lehinə edib və 2018-ci ilə qədər oynayıb. Son klubu “Krılya Sovetov”dan ayrıldıqdan sonra futboçuya Azərbaycan klublarından təklif gəlsə də, o bundan imtina edib.