- Baxış sayı: 38
- 26 May 2023 12:05
- Baxış sayı: 137
- İyun 02, 2023
- 0
Azərbaycanın və “Qəbələ” idman jlubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, 27 yaşlı idmançı Niderlandın Arnem şəhərində təşkil olunan “Glory79”da uğurla çıxış edib. Alim “GelreDome”də ABŞ təmsilçisi Troy Consla görüşüb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev qarşılaşmada hakimlərin rəyi ilə qələbə qazanıb – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). O, “Glory” çərçivəsində keçirdiyi 8-ci döyüşdə 6-cı dəfə qalib olub.