“Allaha çox şükür, bu həssas dönəmdə qalıb gəldik”

Bu gün “Qarabağ” Avropa liqasının “G” qrupunun 2-ci turunda evdə Fransanın “Nant” klubuna 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçisi Qurban Qurbanov darmadağını belə şərh etdi:

“Qalib gəlsək də, danışmaq asan deyil. Səhər daha 25 şəhid xəbərini eşitdik, əhvalımız yenə korlandı. Allah şəhidlərə rəhmət eləsin. Allah ordumuzu qorusun. Bütün diqqətimiz cəbhədədir. Allaha çox şükür, bu həssas dönəmdə qalıb gəldik.

Üzərimizdə böyük məsuliyyət vardı. Fərəhlidir ki, soyuqqanlılıqla vəzifəmizin öhdəsindən gəldik. Rəqibi yaxşı təhlil etmişdik. Cüzi sürprizlər oldu. Amma oyunun gedişində bunun öhdəsindən gəldik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish