- Baxış sayı: 27
- 01 Dekabr 2023 14:03
- Baxış sayı: 31
- Dekabr 01, 2023
- 0
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2017-nin seçmə mərhələsindəki qrup rəqibləri daha bir oyun keçiriblər. Allsport.az xəbər verir ki, keçirdiyi dörd oyunun hamısında qalib gələn Almaniya və Avstriya yığmaları bir-biri ilə üz-üzə gəlib.
Almaniyada keçirilən oyunda meydan sahibləri 4:2 hesablı qələbəyə seviniblər. Nəticədə, almanlar maksimum nəticə ilə 7-ci qrupun vahid liderinə çevriliblər.
AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
17 noyabr
Almaniya – Avstriya – 4:2
Qrupdakı son durum: Almaniya (5 oyun) – 15 xal, Avstriya (5 oyun) – 12 xal, Finlandiya (5 oyun) – 9 xal, Azərbaycan (7 oyun) – 6 xal, Rusiya (4 oyun) – 3 xal, Farer adaları (4 oyun) – 0 xal.