Alvares klub tarixində 3-cü oldu

“Atletiko Madrid”in hücumçusu Xulian Alvares çempionlar liqasının 1/8 final mərhələsinin ilk səfər matçında “Real”la derbidə qol vurub.
Allsport.az xəbər verir ki, argentinalı futbolçu 32-ci dəqiqədə fərqlənib.
25 yaşlı oyunçu XXI əsrdə “Santiyaqo Bernabeu”da “Real Madrid”ə qarşı ardıcıl iki derbidə qol vuran üçüncü “Atletiko”lu olub. Daha əvvəl yalnız Dieqo Forlan (2010) və Antuan Qrizmann (2017) buna nail olub.
“Real Madrid” – “Atletiko Madrid” matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan