AMADA dövlət gömrük komitəsində seminar keçirib

Milli antidopinq agentliyinin əməkdaşları dövlət gömrük komitəsində “Dopinq vasitələrinin Azərbaycan gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması” mövzusunda seminar keçirib. Allsport.az saytı xəbər verir ki, bu tədbirin məqsədi gömrük əməkdaşlarının antidopinq sahəsində maarifləndirilməsi və peşəkarlıqlarının artırılmasıdır.

Məşğələdə antidopinq sahəsində ümumi məlumat, antidopinq qaydaları və təcrübəsi, qadağan edilmiş siyahı, dopinq preparatları, poçt bağlamaları ilə bağlı qlobal trend, AMADA-nın araşdırmaları və digər mövzularda müzakirələr aparılıb, bu sahədə beynəlxalq təcrübəyə dair məlumat verilib, iştirakçılar üçün praktiki məşğələlər keçirilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish