- Baxış sayı: 79
- 16 Oktyabr 2024 14:17
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, milli antidopinq agentliyi (AMADA) təmiz idman dəyərlərini təbliğ edən növbəti antidopinq maarifləndirmə proqramını Bakıda keçirilən paracüdo üzrə qran prinin iştirakçıları üçün keçirib. Milli gimnastika arenasında xüsusi stendlə çıxış edən AMADA-nın əməkdaşları müxtəlif interaktiv kuizlər vasitəsilə idmançıların antidopinq biliklərini yoxlayıblar.
Suallara doğru cavab verənlər AMADA-dan dəyərli hədiyyələr qazanıblar. Ədalətli rəqabət və sağlam idman ruhunu təbliğ edən stend idmançılar tərəfindən rəğbətlə qarşılanıb. Təmiz idman şüarı altında idmançıları bir araya toplayan AMADA antidopinq maarifləndirmə proqramını mütəmadi olaraq davam etdirir.