- Baxış sayı: 48
- 30 Sentyabr 2024 16:30
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Milli antidopinq agentliyi (AMADA) və Avstraliyanın dopinqlə və idman yarışlarında manipulyasiya ilə mübarizəyə cavabdeh qurumu olan Sport Integrity Australia (SIA) arasında 2021-2023-cü illəri əhatə edən əməkdaşlıq haqqında üçillik saziş imzalanıb. Allsport.az xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli və SIA-nın direktoru Devid Şarp arasında imzalanan sənəd iki qurum arasında əsasən 3 istiqamətdə əməkdaşlığı nəzərdə tutur.
Bunlar təhsil, təhqiqat və idmançılar üçün ödənişsiz hüquqi yardım sahələridir. Görüşdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, dopinqlə mübarizə sahəsində səmərəliliyin artırılması üçün milli antidpoinq təşkilatları arasında təcrübə və məlumat mübadiləsinin aparılması vacibdir. AMADA digər ölkələrin analoji qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verir və öz müsbət təcrübələrini onlarla bölüşməyə hazırdır. Hüseynli bildirib ki, AMADA və SIA arasında təhqiqat və təhsil sahəsi üzrə müvafiq departamentlərin görüşləri keçirilib və bununla bağlı fikir mübadiləsi aprılıb.
SIA-nın direktoru Devid Şarp da beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaq bildirib ki, idmançı hüquqlarının qorunması ilə bağlı AMADA-nın həyata keçirdiyi beynəlxalq və yerli layihələr onların böyük marağına səbəb olub. Dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsi ilə bağlı AMADA tərəfindən hazırlanmış layihədə iştirak edən ölkələrdən biri də məhz Avstraliyadır. D. Şarp idmançılara ödənişsiz hüquqi yardımın göstərilməsi sahəsində AMADA-nın təcrübəsini öyrənməkdə və bunun Avstraliyada da tətbiq edilməsində maraqlı olduqlarını deyib.
Bu saziş 2021-2023-cü illəri əhatə edir və növbəti illərdə antidpoinq sahəsinin digər istiqamətlərində də əməkdaşlığı nəzərdə tutur.