AMADA yeniyetmə və gənc güləşçilərə seminar keçib

Güləş federasiyası milli anti-dopinq agentliyi ilə sıx əməkdaşlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, fəaliyyət çərçivəsində ara-sıra qarşı tərəfin əməkdaşları tərəfindən bahadırlar üçün maariflərindirici seminarlar təşkil olunur.

Belə tədbirlərdən biri olimpiya güləş mərkəzində baş tutub. AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və həmin qurumun tibb və elm meneceri Leyla Qabulovanın iştirakı ilə məşğələ keçirilib. Tədbirdə yeniyetmə və gənc güləşçilərə dopinqə qarşı mübarizə, məkan məlumatları və istifadəsi qadağan olunmuş preparatlarla bağlı müxtəlif informasiyalar verilib, bukletlər paylanılıb.

Güləşçilərin mövzuyla bağlı müxtəlif sualları cavablandırılıb. Sonda bu tip maarifləndirici seminarların gələcəkdə də təşkilinin önəmli olduğu qeyd edilib.

Həmin kateqoriyadan