Aminlə sözləşməni uzatdı

“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı millinin futbolçusu ilə sözləşmə 2026-cı ilə kimi uzadılıb.

O, 2020-ci ildən “Sabah”da çıxış edir. Paytaxt təmsilçisində 71 rəsmi matç keçirib (66 oyun premyer liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish