AMKF ilə “Dostluğ”un birgə tədbiri

Sumqayıt olimpiya idman kompleksində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş klublararası ənənəvi turnir keçirilib.

Allsport.az saytı xəbər verir ki, milli karate federasiyası və təşkilatın üzvü olan “Dostluq” əlbəyaxa döyüş idman növləri klubunun adı çəkilən şəhər şöbəsi birgə keçirdiyi yarışın təntənəli açılış mərasimində AMKF prezidenti Yaşar Bəşirov, Sumqayıt gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, federasiyanın baş katibi Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev, şotokan karate-do federasiyasının prezidenti Elçin Mehdizadə və turnirin təşkilat komitəsinin sədri Rafael Məmmədov ölkədə karatenin yüksək inkişaf səviyyəsində olduğundan danışaraq, olimpiya idman növü olduqdan sonra aşağı yaşlılar arasında belə turnirlərin əhəmiyyətindən söz açıblar.

Ölkə prezidenti və milli olimpiya komitəsinin rəhbəri İlham Əlieyev cənablarının idmana daimi diqqət və qayğısı sayəsində azərbaycan karateçilərinin yüksək beynəlxalq göstəricilərini diqqətə çatdıran natiqlər, bu yolda uşaqlara, yeniyetmə və gənc idmançılara uğurlar arzulayaraq, 31 dekabr bayramı münasibəti ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününü təbrik ediblər. Fəxri qonaqlara diplomlar təqdim olunub. 

Nümunəvi çıxışlar və bədii hissədən sonra 6-17 yaşlı uşaq, yeniyetmə və gənclər arasında yarışlar davam edib. Fərqlənən idmançılar kubok, diplom və medallarla mükafatlandırılıb. Rəsmilər turnirlə bağlı federasiyanın saytına müsahibə veriblər.

Həmin kateqoriyadan