- Baxış sayı: 39
- 14 Mart 2025 22:51
- Baxış sayı: 43
- Mart 14, 2025
- 0
“Real”ın baş məşqçisi Karlo Ançelotti oyun cədvəlini tənqid edib.
Allsport.az xəbər verir ki, Madrid klubu üç yarışda mübarizəni davam etdirir.
Mayın 6-da İspaniya kubokunun finalında “Real” “Osasuna” ilə qarşılaşacaq. Mayın 9-da komanda çempionlar liqasının ilk yarımfinalında “Mançester Siti” ilə qarşılaşması nəzərdə tutulub.
Ançelotti isə deyib: “Təqvim çox sıxdır, oyun çoxdur. Futbolçuların səhhətinə nəzarət etməliyik.
Oyunçular futbolun ən vacib hissəsidir, amma hamı özünü düşünür: Liqa özü haqqında fikirləşir, federasiya özü haqqında düşünür, FİFA özünü düşünür, UEFA özü haqqında düşünür.
Bu, futbol üçün yaxşı deyil”.