- Baxış sayı: 27
- 02 Dekabr 2023 09:31
- Baxış sayı: 47
- Dekabr 01, 2023
- 0
“Anderlext”in əfsanəvi hücumçusu Pol van Himst Avroliqanın qrup mərhələsinin son turunda keçiriləcək “Anderlext” – “Qarabağ” matçı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, Belçika komandasının qalib gələcəyinə inanır:
“Anderlext” “Qarabağ”ı məğlub etməyə borcludur. Başqa nəticə azarkeşləri qane etməz. Komandamız əgər “Tottenhem” və Monako” kimi güclü klubları məğlub edibsə, o zaman “Qarabağ”a qalib gəlmək də problem olmamalıdır.
Hətta Stiven Defurun yoxluğu da qələbəyə maneçilik törətməməlidir. Fikrimcə, “Anderlext” sabah Azərbaycan komandasını məğlub edəcək”.