Anım gününə fudokan üzrə paytaxt turniri keçirilib

Hövsan olimpiya idman kompleksində Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə Anım gününə fudokan üzrə açıq paytaxt turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və federasiya rəsmilərinin iştirak etdikləri turnirin açılış mərasimində çıxış edən Dünya fudokan federasiyasının ölkədəki rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük 2-ci Vətən müharibəsində qüdrətli Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından söz açıb.

Sonra turnirə start verilib. Yarışda müxtəlif yaş qruplarında və çəki kateqoriyalarında 3 versiya üzrə 400-ə yaxın idmançı mübarizə aparıb.

Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə mükafatalayiq yerləri tutmuş idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish