- Baxış sayı: 41
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 47
- Dekabr 12, 2025
- 0

“Sabah”ın U-12 komandasının futbolçuları “Sabah” futbol mərkəzini ziyarət ediblər.
Allsport.az xəbər verir ki. ötən ay Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup”da çempion olan komandanın üzvləri klubun bazasında əsas komandanın futbolçuları və məşqçi heyəti ilə görüşüb, onların bazada gündəlik fəaliyyətləri ilə tanış olublar. Azyaşlı futbolçular əsas komandanın üzvlərinə və məşqçilərə özləri üçün maraqlı olan sualları ünvanlayıblar.
Görüşdə klubun və akademiyanın rəhbərliyi, U-12 komandanın məşqçilər heyəti də iştirak ediblər.