- Baxış sayı: 32
- 06 Dekabr 2023 23:34
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
“Neftçi” Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşacağı “Qəbələ” klubu ilə oyunun hazırlığını başa vurub. Allsport.az xəbər verir ki, məşqdən sonra komandanın yarımmüdafiəçisi Araz Abdullayev klub televiziyasına açıqlama verib:
“Bu həftə yaxşı hazırlıq keçmişik. Bilirik ki, “Qəbələ” Avroliqada oynamış komandadır, çox ciddi rəqibdir. Buna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Hər bir komanda istəyir qalib gəlsin, biz də istəyirik Qəbələdən 3 xal gətirək. Qoy güclü olan qalib gəlsin”.