Arazın o tayı qalları son saniyələrdə məyus etdi

Qətərdə futbol üzrə dünya çempionatında bu gün 2-ci tur başlayıb. Allsport.az saytı xəbər verir ki, günün ilk matçında “B” qrupunda “Əhməd bin Əli” stadionunda İran və Uels komandaları qarşılaşıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Arazın o tayından olan futbolçular hakimin matça əlavə etmiş 9-cu dəqiqənin son saniyələrində hesabı açıb. Bundan 1 dəqiqə sonra əks hücumda İran 2-ci dəfə fərqlənib.

Qalların oyundan düşməsinə səbəb qapıçı Ueyn Hennessinin kobudluğa görə 96-cı dəqiqədə qırmızı vərəqə alması olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish