Ardıcıl 10-cu səfər qələbəsi

Allsport.az saytı xəbər verir ki, “Qarabağ” premyer liqanın 12-ci turunda “Şamaxı”nı 4:0 yenib. Cari mövsümdə xal itirməyən Ağdam klubu, rəqib meydanında 5 oyun keçirib. Bunadək səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 üstələyib.

“Köhlən atlar” ötən çempionatın son 5 səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən “Qarabağ”, ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 məyus edib.

Bu, “Qarabağ”ın tarixində ən uğurlu səfər sıralamasıdır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish