- Baxış sayı: 23
- 15 İyun 2025 11:00
- Baxış sayı: 25
- İyun 15, 2025
- 0
Azərbaycan voleybol federasiyasının idman zalında XI turun oyunu çərçivəsində “Murov”a məğlub olan UNEC, çempionatda 4-cü yeri tutdu. Klubun həm blokçusu, həm də mərkəzi oyunçusu Kəmalə Əsgərova yenilgini allsport.az saytına belə izah etdi:
“Bugünkü oyunda mərkəz oyunçusu Alina Dobrovolskanın yoxluğu hiss olunurdu. Təəssüf ki, zədəli olduğu üçün, görüşü kənardan izlədi. Komandanın ona ehtiyacı vardı.
Oyunun 2-ci hissəsində topun qəbulunda bacarmadıq. İmkan daxilində çalışdım, topun daxil edilməsində bir neçə mühüm xal qazandım.
Rəqib hücümda və ötürmələrdə daha inamlı çıxış edirdi. Bizdə topun qəbulu və hücüm az idi. Ardıcıl məğlubiyyətlərdən sonra, yaxşı oyun göstərmək çətin idi”.
Aynur MEHDİYEVA