Polo üzrə qitə çempionatının təqdimatında şəhidlərin əziz xatirəsi 1-dəqiqəlik sükutla yad edilib

Bakıda arena polo üzrə Avropa çempionatının təqdimat mərasimi olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan atçılıq federasiyasının baş katibi Bəhruz Nəbiyev, beynəlxalq və Avropa polo federasiyalarının prezidenti vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi 1-dəqiqəlik sükutla yad edilib.

Çempionatda 4 komanda – Azərbaycan, Avstriya, İsveçrə və İspaniya komandaları mübarizə aparacaq. Bütün millilər bir-birilərinə qarşı oynayacaqlar. Toplanmış xallara əsasən yarımfinal görüşləri keçiriləcək. Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması olacaq. Hər komandanın heyətində 3 idmançı yer alacaq. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish