“Arpaçay” karate klubunun prezidenti Milli Məclisin Fəxri fərmanı ilə təltif olunub

Bu günlərdə “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və idman sahəsində göstərdiyi xidmətlərə görə, Milli Məclisinin gənclər və idman komitəsinin Fəxri fərmanı ilə təltif edilib. Allsport.az saytı xəbər verir ki, ona mükafatı parlamentin sədrinin müavini və adı çəkilən komitəsinin sədri Adil Əliyev təqdim edib.

Fərqlənən idman mütəxəssisi görüşlə bağlı bilgi verib. Deyib ki, fənclər günü münasibətilə keçirilən tədbirdə ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan bəhs olunub, pandemiyanın idmançıların həyat və fəaliyyətinə, o cümlədən məşqlərin keçirilməsinə yaratdığı çətinliklər, onların aradan qaldırılması, yarışlara hazırlıq, postpandemiya dövründə görüləcək işlər, gələcək planlar barədə səmərəli fikir mübadiləsi olub. Yavər Hüseynovun sözünə görə, mükafatlandırma zamanı Adil müəllimə göstərdiyi diqqətə və səmimi qəbula görə “Arpaçay” karate klubunun kollektivi adından öz təşəkkürünü çatdırıb.

Xatırladaq ki, son illərdə Azərbaycan milli karate federasiyasının yığmasına ən çox idmançı yetişdirən klublardan biri olan “Arpaçay”, 2016-cı ildən başlayaraq, hər il 20 Yanvar şəhidlərimizin xatirəsinə ənənəvi beynəlxalq turnir, eyni zamanda, vaxtaşırı Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinəyarışlar keçirir.

Нет описания.
Нет описания.

Həmin kateqoriyadan