Artur Olenin: “Azərbaycanın şəhidlərinə Allahdan rəhmət diləyirəm”

“Sabah” premyer liqanın 7-ci turunda evdə “Turan Tovuz”a 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların məşqçisi Artur Olenin bunu deyib:

“İlk öncə Azərbaycanın şəhidlərinə Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, bu baş verənlər tezliklə bitəcək. Oyuna gəldikdə isə, matç bizim üstünlüyümüz şəraitində keçdi. Topa biz daha çox sahib idik. Düzdü, heyətdə bir neçə dəyişiklik etdikdən sonra qapımızda qol gördük.

Lakin buna kimi də bir neçə qol fürsətlərimiz olmuşdu. Buna baxmayaraq, hücumlarımızı davam etdirdik və penaltidən 3-cü qolu vurmağa nail olduq. Şadam ki, qalib gəldik. Komandanı qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish