- Baxış sayı: 37
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 83
- Oktyabr 10, 2024
- 0
Beynəlxalq olimpiya komitəsinin olimpiya həmrəyliyi fondunun və FİVB-nin dəstəyi, milli olimpiya komitəsi (MOK) və AVF-nin birgə təşkil etdiyi “Milli idman sistemlərinin inkişafı” (DNSS) proqramı çərçivəsində FIVB-nin təlimatçı-eksperti Atanasios Papageorgiou ölkəmizə səfər edib.
Allsport.az xəbər verir ki, sentyabrın 3-dək davam edəcək səfərin əsas məqsədi paytaxtda və bölgələrdə yerləşən voleybol bazaları ilə tanışlıq və yaxın gələcək üçün inkişaf planının hazırlanmasıdır.
Bu məqsədlə Papageorgiou və FIVB-nin məşqçi-instruktoru, AVF-nin təhsil şurasının rəhbəri Cengiz Akarçeşme Azərbaycan idman akademiyasının (AİA) tədrisin təşkili üzrə prorektoru Rafael Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüblər.
“Milli idman sistemlərinin inkişafı” (DNSS) proqramı çərçivəsində baş tutan görüşdə MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da iştirak ediblər. AİA-nın elmi-tədris laboratoriyasında və media mərkəzində olan qonaqlar burada tələbələr üçün yaradılan şəraitlə tanış olublar. AİA-nin idman zalına da baxış keçirən qonaqlar gələcəkdə burada “İnkişaf mərkəzi”nin yaradılması üçün lazımi şəraitlə tanış olublar, bununla bağlı müzakirələr aparılıb.