- Baxış sayı: 48
- 18 Sentyabr 2023 10:02
- Baxış sayı: 31
- Sentyabr 29, 2023
- 0
ADBTİA-nın stadionunda atletika üzrə paytaxt çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 10 komandadan 110 atlet iştirak edib.
Mübarizənin 2-ci günündə uzunluğa tullanmada Yadulla İbrahimov, lövhə atmada Yusif Nəzərov qalib adını qazanıblar. Qadınlarda uzunluğa tullanmada Yekaterina Sarıyeva 1-ci olub.
Qaçış növlərində Rahib Məmmədov (200 m), İlham Abışov (800 m) və Eldar Qurbanlı (3000 m) hamını qabaqlayıblar. Xanımıarda Zəkiyyə Həsənova (200 m), Nika Məmmədova (800 m) və Anna Yusubova (3000 m) üstün olublar.