AVF rəhbərliyi kişi voleybolçularla görüşüb

AVF-in 1-ci vitse-prezidenti Faiq Qarayev, vitse-prezidentlər Əbülfəz Hüseynov, Cəlil Cəfərov və baş katibi Fərid Xəlilov kişi voleybolçulardan ibarət millimizlə görüşüb.

Allsport.az saytı xəbər verir ki, onlar İslam həmrəyliyi oyunlarında komandaya uğurlar arzulayıblar. Faiq Qarayev, seçmənin mükafatçılar sırasında olmaq üçün böyük fürsəti olduğunu deyib. Sitat: “Buna görə AVRO-2023-ün təsnifat mərhələsində keçirilən iki oyunun məğlubiyyətini unutmaq və qarşıdakı oyunlara köklənmək lazımdır”.

Kişi voleybolçularımız avqustun 8-də Konyaya yola düşəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish