- Baxış sayı: 58
- 10 Fevral 2026 22:23
- Baxış sayı: 268
- Fevral 13, 2026
- 0

Azərbaycan voleybol federasiyasının baş katibi Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə Lüksemburqda Avropa voleybol konfederasiyasının rəsmiləri ilə görüşüblər.
Allsport.az saytı xəbər verir ki, işgüzar səfərdə AVF rəsmiləri CEV-in idarəedici direktoru Thorsten Endreslə və qurumun digər nümayəndələri ilə söhbətləşiblər.
Voleybol, çimərlik voleybolu, qar voleybolu ilə bağlı yeniliklər müzakirə olunub. Həmçinin qarşıdakı yarışlar və nəzərdə tutulan digər işlər haqqında danışılıb.