“Avro-2020 -də dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb”

Avro-2020 ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb. Allsport.az saytı xəbər verir ki, bunu Azərtac.az-a qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Onun sözünə görə, qitə çempionatı cari ilin iyun-iyul aylarında təşkil olunmalı idi. Təəssüf ki, COVİD-19 pandemiyasına görə, UEFA icraiyyə komitəsinin qərarına əsasən, həmin yarış bir il təxirə salınıb.

“Son günlər beynəlxalq və yerli mediada Avro-2020-nin formatının dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin bununla bağlı UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb. Eləcə də araşdırma məqsədilə də sorğu almamışıq.

İcraiyyə komitəsinin sonuncu qərarına əsasən, Avro-2020-nin oyunları 12 şəhərdə təşkil olunacaq. Bu sıraya Bakı da daxildir. Turnir 2021-ci ilin iyun-iyul aylarında təşkil olunacaq. UEFA-dan hər hansı məlumat alınsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə Elxan Məmmədov qeyd edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish