- Baxış sayı: 86
- 08 Noyabr 2024 23:59
- Baxış sayı: 53
- Noyabr 11, 2024
- 0
Avropa Liqasının birinci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub. Sadəcə, Serbiya təmsilçilərinin uğurlu çıxışı bu ölkəni Azərbaycana şərik edib və indi bu iki ölkənin eyni reytinq xalı var.
Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərinin hamısı ilk oyununu keçirdi. Belə ki, “Neftçi” doğma meydanda Çernoqoriya “Mladost”u (2:2), “İnter” isə səfərdə Albaniyanın “Laçi” klubu ilə (1:1) sülhə razılaşdı. Digər təmsilçimiz “Qəbələ” isə Gürcüstanda Tiflis “Dinamo”suna məğlub oldu – 1:2.
“İnter”lə “Neftçi”nin heç-heçələri ölkəmizin xal ehtiyatını zənginləşdirdi. Həm “bankirlər”, həm də “ağ-qaralar” Azərbaycanın reytinqinə əlavə 0.125 xal yazdırmış oldular.
Hazırda UEFA reytinqində 53 ölkə arasında 28-ci pillədəyik. Azərbaycanın hesabında 10.750 reytinq xalı var ki, onun da 0.250 xalı cari mövsümdə qazanılıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
Sonda reytinq cədvəlinin son variantını təqdim edirik:
# | Ölkə | 11/12 | 12/13 | 13/14 | 14/15 | 15/16 | R.xalı | K.sayı |
1 | İspaniya | 20.857 | 17.714 | 23.000 | 20.214 | 2.285 | 84.070 | 7/ 7 |
2 | Almaniya | 15.250 | 17.928 | 14.714 | 15.857 | 1.714 | 65.463 | 7/ 7 |
3 | İngiltərə | 15.250 | 16.428 | 16.785 | 13.571 | 1.625 | 63.659 | 8/ 8 |
4 | İtaliya | 11.357 | 14.416 | 14.166 | 19.000 | 1.333 | 60.272 | 6/ 6 |
5 | Portuqaliya | 11.833 | 11.750 | 9.916 | 9.083 | 1.333 | 43.915 | 6/ 6 |
6 | Fransa | 10.500 | 11.750 | 8.500 | 10.916 | 1.333 | 42.999 | 6/ 6 |
7 | Rusiya | 9.750 | 9.750 | 10.416 | 9.666 | 0.800 | 40.382 | 5/ 5 |
8 | Ukrayna | 7.750 | 9.500 | 7.833 | 10.000 | 0.800 | 35.883 | 5/ 5 |
9 | Belçika | 10.100 | 6.500 | 6.400 | 9.600 | 0.800 | 33.400 | 5/ 5 |
10 | Hollandiya | 13.600 | 4.214 | 5.916 | 6.083 | 0.750 | 30.563 | 6/ 6 |
11 | Türkiyə | 5.100 | 10.200 | 6.700 | 6.000 | 0.800 | 28.800 | 5/ 5 |
12 | İsveçrə | 6.000 | 8.375 | 7.200 | 6.900 | 0.000 | 28.475 | 5/ 5 |
13 | Çex Resp. | 5.250 | 8.500 | 8.000 | 3.875 | 0.000 | 25.625 | 5/ 5 |
14 | Yunanıstan | 7.600 | 4.400 | 6.100 | 6.200 | 0.800 | 25.100 | 5/ 5 |
15 | Rumıniya | 4.333 | 6.800 | 6.875 | 5.125 | 0.125 | 23.258 | 4/ 4 |
16 | Avstriya | 7.125 | 2.250 | 7.800 | 4.125 | 0.000 | 21.300 | 5/ 5 |
17 | Xorvatiya | 3.750 | 4.375 | 4.375 | 6.875 | 0.375 | 19.750 | 4/ 4 |
18 | Kipr | 9.125 | 4.000 | 2.750 | 3.300 | 0.250 | 19.425 | 4/ 4 |
19 | Polşa | 6.625 | 2.500 | 3.125 | 4.750 | 0.500 | 17.500 | 4/ 4 |
20 | İsrail | 6.000 | 3.250 | 5.750 | 1.375 | 0.125 | 16.500 | 4/ 4 |
21 | İsveç | 2.900 | 5.125 | 3.200 | 3.900 | 0.250 | 15.375 | 4/ 4 |
22 | Belarus | 3.125 | 4.500 | 1.750 | 5.500 | 0.250 | 15.125 | 4/ 4 |
23 | Şotlandiya | 2.750 | 4.300 | 3.250 | 4.000 | 0.125 | 14.425 | 4/ 4 |
24 | Danimarka | 3.100 | 3.300 | 3.800 | 2.900 | 0.500 | 13.600 | 4/ 4 |
25 | Norveç | 2.300 | 4.900 | 2.600 | 2.200 | 0.750 | 12.750 | 4/ 4 |
26 | Bolqarıstan | 1.500 | 0.750 | 5.625 | 4.250 | 0.375 | 12.500 | 4/ 4 |
27 | Sloveniya | 2.250 | 3.250 | 2.625 | 4.000 | 0.250 | 12.375 | 4/ 4 |
28 | Serbiya | 2.125 | 3.000 | 2.500 | 2.750 | 0.375 | 10.750 | 4/ 4 |
29 | Azərbaycan | 1.375 | 3.000 | 2.500 | 3.625 | 0.250 | 10.750 | 4/ 4 |
30 | Qazaxıstan | 1.625 | 1.375 | 3.125 | 3.375 | 0.375 | 9.875 | 4/ 4 |
31 | Slovakiya | 2.375 | 1.500 | 1.625 | 2.750 | 0.625 | 8.875 | 4/ 4 |
32 | Macarıstan | 2.250 | 3.000 | 0.875 | 2.125 | 0.500 | 8.750 | 4/ 4 |
33 | Gürcüstan | 2.875 | 1.500 | 1.875 | 1.250 | 0.625 | 8.125 | 4/ 4 |
34 | Moldova | 0.500 | 2.250 | 3.375 | 1.750 | 0.250 | 8.125 | 4/ 4 |
35 | İslandiya | 1.375 | 1.250 | 2.500 | 2.500 | 0.375 | 8.000 | 4/ 4 |
36 | Finlandiya | 1.500 | 2.000 | 0.500 | 2.400 | 0.250 | 6.650 | 4/ 4 |
37 | Lixtenşteyn | 2.000 | 0.000 | 1.000 | 2.500 | 1.000 | 6.500 | 1/ 1 |
38 | Bosniya-Herseq. | 1.125 | 1.250 | 1.500 | 1.750 | 0.375 | 6.000 | 4/ 4 |
39 | İrlandiya | 1.500 | 1.000 | 0.250 | 2.000 | 0.400 | 5.150 | 5/ 5 |
40 | Albaniya | 0.875 | 0.750 | 2.000 | 0.875 | 0.375 | 4.875 | 4/ 4 |
41 | Lüksemburq | 1.125 | 1.375 | 1.500 | 0.500 | 0.375 | 4.875 | 4/ 4 |
42 | Makedoniya | 1.625 | 1.250 | 0.500 | 1.125 | 0.125 | 4.625 | 4/ 4 |
43 | Latviya | 0.625 | 1.250 | 1.625 | 0.250 | 0.625 | 4.375 | 4/ 4 |
44 | Şimali İrlandiya | 0.500 | 1.000 | 0.875 | 1.375 | 0.375 | 4.125 | 4/ 4 |
45 | Litva | 1.000 | 1.125 | 1.250 | 0.500 | 0.250 | 4.125 | 4/ 4 |
46 | Estoniya | 0.375 | 0.375 | 1.000 | 1.500 | 0.750 | 4.000 | 4/ 4 |
47 | Çernoqoriya | 0.500 | 1.375 | 1.250 | 0.750 | 0.125 | 4.000 | 4/ 4 |
48 | Ermənistan | 0.125 | 0.875 | 1.125 | 0.375 | 0.875 | 3.375 | 4/ 4 |
49 | Farer adaları | 0.500 | 0.500 | 0.875 | 1.375 | 0.000 | 3.250 | 4/ 4 |
50 | Malta | 0.833 | 0.875 | 0.875 | 0.125 | 0.125 | 2.833 | 4/ 4 |
51 | Uels | 0.625 | 0.500 | 0.750 | 0.125 | 0.500 | 2.500 | 4/ 4 |
52 | Andorra | 0.000 | 0.000 | 0.333 | 0.500 | 0.166 | 0.999 | 3/ 3 |
53 | Cəbəllütariq | 0.000 | 0.000 | 0.000 | 0.250 | 0.250 | 0.500 | 2/ 2 |
54 | San Marino | 0.000 | 0.000 | 0.333 | 0.000 | 0.000 | 0.333 | 3/ 3 |