“Avronyus”: Bakı “Böyük dəbilqə” – Azərbaycanda cüdonun 50 illiyi

“Avronyus” (euronews) kanalı Bakıda keçirilən “Böyük dəbilqə” turniri haqqında süjet hazırlayıb. Allsport.az saytı xəbər verir ki, görüntüdə Azərbaycanda cüdonun 50 illik yubileyinin qeyd olunması və təntənəli açılış mərasimindən kadrlar təqdim olunub. Qızıl medal qazanan cüdoçumuz Balabəy Ağayev müsahibəsində, öz azərkeşlərimizin qarşısında çıxış etmək tamamilə başqa hiss olduğunu bildirib:

“Azərkeşlərin göstərdiyi dəstək qələbəyə motivasiya verir və artıq məğlubiyyəti düşünmək olmur. Çox yorğun olsan da yalnız qalibiyyətə doğru irəli gedirsən”.

Süjetin sonunda bildirilib ki, mütəxəssislərin sözlərinə görə Kəramət Hüseynovun möhtəşəm ipponu günün sensasiyasına çevrilib və 50 il ərzində Azərbaycanın bu idman növündə ən güclü ölkələrdən birinə çevrilməsinin sübutu olub.

Xatırladaq ki, “Böyük dəbilqə” turnirində daha iki cüdoçumuz – Orxan Səfərov və Kəramət Hüseynov bürünc medal qazanıblar.

https://www.euronews.com/2022/11/04/2022-baku-grand-slam-50-years-of-judo-in-azerbaijan?fbclid=IwAR2P47yYHs33crO-aguDE6JDbjnL_q5uhY10HtRU4ZOA4slnwYA6Cbc98TY

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish