- Baxış sayı: 51
- 29 Dekabr 2024 10:54
- Baxış sayı: 157
- Yanvar 19, 2025
- 0
24 oktyabr – 4 noyabrda Polşanın Raşin şəhərində gənc ağırlıqqaldıranların Avropa birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi 10 kişi və 1 qadın idmançı təmsil edəcək.
Bunlar Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Tehran Məmmədov (67 kq), Fuad Həsənov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Alməmmədov (81 kq), Fuqan Əliyev, (81 kq), Ömər Cavadov (81 kq), Nurlan Məmmədzadə (89 kq) və Əli Şükürlüdür (109 kq).
Qadınların yarışında körpücük üzərinə Rahilə Hüseynzadə (81 kq) çıxacaq.