• Ça. İyl 5th, 2022

Avropa birinciliyinə hansı boksçular yollanacaq?

Apr 9, 2022

Aprelin 13-də Bolqarıstanın paytaxtıda gənc boksçuların Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi oğlanlarda tam heyətlə mübarizə aparacaq.

Bakıda və Ərzurumda keçirilən təlim-məşqə əsasən baş məşqçi Elbrus Rzayev Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) fürsət verəcək.

Yığma Sofiyaya aprelin 11-də Türkiyədən yola düşəcək. Komandaya rəhbərliyi idarə heyətinin üzvü Rövşən Hüseynov edəcək.

AllEscortAllEscort