- Baxış sayı: 35
- 04 Dekabr 2024 22:48
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Rumıniya paytaxtı Buxarestdə U-17 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə yunan-Roma güləş millisi daha 4 medal qazanıb.
Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gəlib. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) 2-ci, Hüseyn Savadov (45 kq) isə 3-cü yer tutublar.
Beləliklə, seçmə komandamız qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.