- Baxış sayı: 38
- 10 Dekabr 2024 16:34
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçuların Avropa birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə 4 milli üzvü fərqlənib.
Yeni baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi ilə oğlanlarda Şahin Oruczadə (55 kq) və Nizami İmranov (60 kq) qızıl, Məhəmməd Məmişov (50 kq) bürünc medal qazanıblar.
Məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qızlarda Aydan Vəliyeva (48 kq) 2-ci yerlə kifayətlənib.