Avropa çempionatı və dünya kuboku Şahdağda

Azərbaycan qış idman növləri federasiyası tərəfindən xizək alpinizmi üzrə Avropa çempionatı və dünya kubokunun Azərbaycanda keçirilməsi üçün beynəlxalq xizək alpinizmi federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Allsport.az xəbər verir ki, əldə olunan nəticəyə əsasən İSMF tərəfindən yarışların “Şahdağ” turizm mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 martda “Şahdağ” turizm mərkəzində keçirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan