- Baxış sayı: 41
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 80
- Aprel 25, 2025
- 0
Tiranada keçirilən yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında bürünc medal qazanan Xasay Həsənli Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, gənc idmançı Heydər Əliyev adına beynəlxalq hava limanında çıxışını dəyərləndirib:
“Medalsız qalmadığıma görə sevincliyəm. Amma 3-cü yerə çıxdığıma görə də məyusam. Mən özümdən qızıl medal gözlüyürdüm. Əfsuslar olsun ki, alınmadı. Gözlənilənləri vermədim. Amma bu idmandı hər an hər şey ola bilər. Avropa çempionatında bütün rəqiblər güclü olur. Xorvatiyada keçirilən təlim-məşq toplanışında dirsəyimdən ağır zədə aldım. Tam istədiyim kimi hazırlaşa bilmədim. Amma bunu məğlubiyyətimə səbəb göstərmirəm. Komanda çox yaxşı hazırlaşmışdı. Uşaqların hamısı Xorvatiyada təlim-məşq toplantısı keçmişdi. Zədələndim və zədəm mənə mane oldu. İstədiyim kimi məşq edə bilmədim. 2022 və 2024-cü illərdə U-23 Avropa çempionatında qızıl qazanmışdım. Düşünürdüm ki, 3 qat Avropa çempionu ola bilərəm. Amma düşündüyüm kimi olmadı. Səhvlərim var. İnşallah, bu səhvlərin üstündə işləyib, düzəldəcəyəm”.