- Baxış sayı: 32
- 20 Mart 2023 18:18
- Baxış sayı: 14
- Mart 21, 2023
- 0
Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində 3×3 basketbol növü üzrə Avropa çempionatında millimiz “D” qrupunda mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, rəqiblər Belçika və Niderland olacaq.
Komandamız qrupda hər 2 görüşünü sentyabrın 9-da keçirəcək. İlk oyun Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, növbəti saat 21:30-da hollandlarla olacaq.
Qrupda ilk 2 pilləni tutanlar 1/4 finala yüksələcək.