- Baxış sayı: 35
- 18 İyul 2025 20:33
- Baxış sayı: 160
- İyul 17, 2025
- 0
İspaniyalı motosiklet yarışçısı Borxa Qomes 20 yaşında Avropa çempionatının üçüncü raundunun sınaq yarışları zamanı qəza nəticəsində faciəvi şəkildə dünyasını dəyişib. Allsport.az xəbər verir ki, nu barədə idmançının mübarizə apardığı “Laqlis” klubu məlumat yayıb.
“Böyük hüznlə bildiririk ki, Borxa Qomes Avropa çempionatının üçüncü raundunun ilk məşqi zamanı baş verən ağır qəzadan sonra dünyasını dəyişib. Borxa görkəmli idman keyfiyyətləri ilə yanaşı, gözəl şəxsiyyət kimi yaddaşımızda əbədi olaraq qalacaq. Onun mehribanlığı və parlaq təbəssümü qəlbimizdə yaşayacaq və biz onu həmişə xatırlayacağıq”, – komandanın rəsmi açıqlamasında deyilir.
Hadisə Fransanın Manya-Kur şəhərində trasda baş verib. Faciə baş verən zaman Avropa çempionatının ümumi reytinq cədvəlinə Borxa Qomes başçılıq edirdi.