- Baxış sayı: 34
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 23
- Oktyabr 10, 2024
- 0
Xəbər verdiyimiz kimi, Avropa liqasının final ilə əlaqədar dekabrın 13-dən yanvarın 31-dək könüllü cəlb olunmasına başlanılıb. Allsport.az saytı xəbər verir ki, bu günədək 1300-ə yaxın gənc qeydiyyatdan keçib. Final oyunu ilə əlaqədar yaradılmış əməliyyat qrupu 13-25 dekabrda ümumilikdə 11 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün könüllülük proqramının təqdimatını keçiriblər. Bu il üçün nəzərdə tutulmuş sonuncu təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. 3000-dən çox tələbənin qatıldığı bu təqdimatlarda Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər barədə təqdimat nümayiş olunub. Eyni zamanda, proqramın əhəmiyyətindən, perspektivlərindən danışılıb.
Proqrama dəstək məqsədilə veteran futbolçumuz, Avropa liqasının Bakıda keçiriləcək finalının səfiri Vəli Qasımov, “Qarabağ”ın futbolçusu Mahir Mədətov və, “Qəbələ”nin üzvü Təmkin Xəlilzadə təqdimatlarda iştirak ediblər.
Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.
Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübəyə sahib olacaqlar. AFFA-nın könüllülər komandasına qoşulmaq və final həyəcanının bir hissəsi olmaq üçün ərizə qəbulunun son tarixi 2019-cı il yanvarın 31-dir.