- Baxış sayı: 46
- 30 Sentyabr 2024 16:30
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Parisdə Avropa Şurası antidopinq konvensiyasının monitorinq qrupunun elm üzrə məşvərət qrupunun iclası keçirilib. Allsport.az xəbər verir ki, Fransa idman, olimpiya və paralimpiya oyunları mazirliyində təşkil olunan tədbirdə bizdən Azərbaycan milli antidopinq agentliyinin (AMADA) elm şöbəsinin müdiri Rüfət Əfəndiyev iştirak edib.
Görüşdə Avropa antidopinq laboratoriya şəbəkəsinin inkişafı ilə bağlı yeniliklər, elmi tədqiqat nəticələrinin təqdimatları, ÜADA-nın qadağan edilmiş siyahısına dair müzakirələr, siyahının gələcək iterasiyaları üçün mülahizələr, beynəlxalq standartlara və kodekslərə baxışlar, digər müvafiq biznes məsələlərinin həlli, həmçinin qarşıda duran vəzifələr müzakirə olunub.
İclasda Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və ümumilikdə 20 ölkədən görkəmli alimlər iştirak ediblər. Əsas məqsəd antidopinq təşəbbüslərini inkişaf etdirmək və təmiz idman dəyərlərini dünyada təbliğ etməkdir.