- Baxış sayı: 123
- 28 Mart 2023 00:42
- Baxış sayı: 123
- Mart 28, 2023
- 0
Premyer liqasının 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahiblərnin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Sumqayıt” yaxşı komandadır. Qış fasiləsindən sonra nəticələri də yaxşılaşıb. Oyun planında da keyfiyyətli futbol nümayiş etdirirlər. Komandamızın çıxışından razıyam.
Son qələbəmiz 6 tur əvvəl olsa da, əvvəlki matçlarda qalib gəlmək üçün nə isə çatmırdı. Komandama təşəkkür edirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. ”.