- Baxış sayı: 75
- 25 Aprel 2025 09:38
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
Gəncə idman sarayında uzun illər Azərbaycan güləş federasiyasının 7 saylı nümayəndəliyinin əlaqələndiricisi vəzifəsini uğurla yerinə yetirmiş, ölkənin qərb regionunda güləşin inkişafında əvəzsiz rolu olan, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi Ayət Rüstəmzadə 70 illik yubileyi münasibəti ilə təltif edilib.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssisə AGF tərəfindən xatirə hədiyyəsini olimpiya çempionu, qadın güləşi üzrə milli komandanın baş məşqçi əvəzi Toğrul Əsgərov təqdim edib. AGF-nin icraiyyə komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev də təltifetmə mərasimində yubilyarı təbrik edib. Həmçinin, Gəncə idman liseyinin direktoru, əməkdar məşqçi Mehman Allahverdiyev öz tərəfindən Ayət müəllimə xatirə hədiyyəsini təqdim edib.