- Baxış sayı: 18
- 07 Fevral 2023 10:00
- Baxış sayı: 18
- Fevral 07, 2023
- 0
Bu gün Azərbaycan seçməsi millətlər liqasının “C” dəstəsində Slovakiyanın Trnava şəhərində meydan sahibləri ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, ilk hissədə üstün oyun nümayiş etdirən “ay-ulduzlular”ımız, 44-cü dəqiqədə Renat Dadaşovla hesabı açıb.
2-ci yarısa Slovakiya millisi topa daha çox nəzarət edib. Bizimkilər əsasən hesabı qorumaqla əks-hücumlara bel bağlayıb. Hakimin matça artırdığı əlavə 5 dəqiqədə rəqib 11-metlik cərimə zərbəsindən hesabı bərabərləşdirib.
Amma komandamız ruhdan düşməyib. Yenidən təzyiq edən Azərbaycan seçməsi Höccət Haqverdinin 90+5-ci dəqiqəsində başla qələbə topunu vurub.