- Baxış sayı: 30
- 03 Oktyabr 2024 23:40
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
FİFA dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, yeni ilin ilk reytinq siyahısında Azərbaycan millisi bir pillə irəliləməyə nail olub.
Yığmamız hazırda 116-cı pillədə qərarlaşıb. Robert Prosineçkinin çalışdırdığı komandamızın hesabında 296 reytinq xalı var.
DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqibi olan komandaların siyahıdakı mövqeyi isə aşağıdakı kimidir: Almaniya (4-cü, 1347 xal), Çexiya (26, 860), Şimali İrlandiya (30, 825), Norveç (54, 591) və San-Marino (198, 28).
Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Rusiya (24-cü, 895 xal), Ukrayna (29, 842), Belarus (68, 514), Özbəkistan (73, 489), Estoniya (90, 379), Latviya (102, 338) və Qırğızıstandan (107, 324) geri qalır. Əvəzində millimiz Türkmənistan (117, 294), Gürcüstan (120, 286), Ermənistan (121, 285), Litva (127, 274), Qazaxıstan (132, 266), Tacikistan (148, 196) və Moldovadan (154, 172) öndədir.
İlk onluqda qərarlaşan komandalar bunlardır: Belçika (1494), Argentina (1455), İspaniya (1370), Almaniya (1347), Çili (1268), Braziliya (1251), Portuqaliya (1219), Kolumbiya (1211), İngiltərə (1106) və Avstriya (1091).
Ayın ən yaxşı göstəricisinə imza atan komanda Tailand yığmasıdır ki, 12 pillə irəliləyərək, 121-ci sıraya qalxıb. Kuba isə 45 pillə geriləməklə ən pis göstəriciyə imza atıb və hazırda 136-cıdır.