- Baxış sayı: 34
- 29 Sentyabr 2023 23:51
- Baxış sayı: 34
- Sentyabr 29, 2023
- 0
“Keşlə” Azərbaycan çempionatında 350-ci səfər qolun vurub. Allsport.az xəbər verir ki, bu, premyer liqanın XX turuna təsadüf edib.
“Sumqayıt”la qarşılaşmayadək (2:2) 349 dəfə fərqlənən paytaxt klubunun yubiley qoluna Azər Salahlı vurub. Rəqib meydanında 294-cü matçına çıxan bakılılar qol sayını 351-ə də çatdırıb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komandanın orta məhsuldarlığı 1,19-a bərabərdir. Paytaxt klubu səfər qollarının sayına görə ölkə çempionatları tarixində 3-cüdür.
“Keşlə” ölkə çempionatlarında ilk səfər qoluna 1998/99 mövsümündə imza atıb. 1999-cu il noyabrın 28-də “ANS-Pivani” ilə səfər görüşündə (1:4) Rövşən Süleymanov fərqlənib.