Ölkə ağırlıqqaldırmasında yeni rekord

Şüvəlan qəsəbəsindəki ağır atletika akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında Azərbaycan kubokunda ilk rekord qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir.

Bu günə qədər Respublika dərəcəli heç bir yarışımızda bu qədər qadın ağır atlet iştirak etməmişdi. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.

Daha bir ilk hakimliklə bağlıdır. Respublika dərəcəli ağır atletika turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağır atlet, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3-qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish