- Baxış sayı: 63
- 20 İyul 2025 11:02
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatı sona çatıb. Allsport.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi uğurlu çıxış edərək 6 medal qazanıb.
Seçməmiz məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib. Bu nəticəylə 151 xal toplayan milli növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.