- Baxış sayı: 35
- 05 Dekabr 2023 23:22
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxır. Allsport.az xəbər verir ki, millimiz bu dəfə Belarusla üz-üzə gələcək.
Xatırladaq ki, ilk turda yığmamız İsveçə qalib gəldiyi halda, Belarus da qrup oyunlarına ev sahibliyi edən Xorvatiyanı 7:4 hesabıyla məğlub edib.
Qrupun digər oyununda isə ilk turun məğlubları – Xorvatiya ilə İsveç qarşılaşacaq.
DÇ-nin seçmə mərhələsi
2-ci qrup
11 dekabr
20:30. Belarus – Azərbaycan
Baş hakim: Trayan Yençev, Gerd Bilua (Bolqarıstan).
Osiyek. “Dvorana Qradski VRT” idman kompleksi.
23:00. Xorvatiya – İsveç
Baş hakim: Vladimir Kadıkov (Rusiya). Qabor Kovaç (Macarıstan).
Osiyek. “Dvorana Qradski VRT” idman kompleksi.