Azərbaycan boksçusu düşmən hücumunun qarşısını alarkən şəhid olub

Azərbaycan boksçusu Xəyal Əlövsət oğlu Əhədzadə düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib. Allsport.az saytı xəbər verir ki, o, Lənkəran uşaq-gənclər idman məktəbinin yetirməsi olub. Xüsusi təyinatı qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki-də Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Azərbaycan boks federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish