- Baxış sayı: 32
- 09 Dekabr 2024 23:52
- Baxış sayı: 152
- Dekabr 09, 2024
- 0
Topaz Premyer Liqasının 3-cü turu “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatında yubiley – 250-ci matçına çıxıb.
Cari mövsümədək Premyer Liqada 248 qarşılaşmaya çıxan Məhərrəmov ilk turu buraxsa da, növbəti iki matçda komandasına kömək etməklə 250-yə çatıb.
Yubileyini “Xəzər Lənkəran”la səfər matçında qeyd edən 32 yaşlı futbolçu güclülər dəstəsində 12 il əvvəl MOİK-in heyətində debüt edib. Karyerası ərzində “Karvan”, “Bakı”, “Kəpəz” və “Rəvan”da da oynayan Məhərrəmov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 44-cü futbolçu olub. Müdafiəçi bu görüşlərdə 3 qol vurub.
Qeyd edək ki, oyun sayında mütləq rekord Mahmud Qurbanova məxsusdur – 421 matç.