- Baxış sayı: 49
- 20 Mart 2025 11:35
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Allsport.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrəddin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0). Rəqib üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.
Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci oyunda da heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.
Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.
Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.
Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.